Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Alman bəstəkarı İ.S.Baxın yaradıcılığından ibarət konsert keçirilib

05.03.2020

Sumqayıt Regional Mədəniyyət İdarəsi Şuşa Xəlfəli kənd Uşaq musiqi məktəbində "Dahi alman bəstəkarı İ.S.Baxın yaradıcılığı" mövzusunda mühazirə - konsert keçirilib.

Əvvəlcə bəstəkarın həyatı və yaradıcılğı haqqında məlumat verilib.

Sonra məktəbin şagirdləri Nigar Paşazadə, Nuray Məmişova, Tamella Güləliyeva, Zəhra Qafarova, Fatimə İsmayıllı, Fidan Paşayevanın ifasında bəstəkarın 2 və 3 səsli invensiyaları, prelüdiya və fuqaları dinlənilib.

Konsertdə həmçinin, İ.S.Bax əsərlərindən ibarət kiçik bir stend təqdim olunub.