28.02.2020
Sumqayıtın Tarixi Muzeyinin “Şəhidlər Qalereyası” zalında baş tutan tədbiri giriş sözü ilə açan kütləvi ekspozisiya şöbəsinin müdiri Sevinc Əmirova 32 il əvvəl şəhərimizdə baş vermiş fevral hadisələrinin qısa şərhini verdi. Muzeyin əməkdaşı Cəmil Heydərov “Sumqayıt hadisələrindən 20 yanvaradək” adlı mühazirə ilə dinləyicilər qarşısında çıxış etdi.
Daha sonra liseyin müəlliməsi Leyla Bayramova onlar üçün yaradılan şəraitə görə muzey rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirərək, gənclərimizin bu tarixi hadisələr haqqında bilgilərinin artırılmasının vacibliyini vurğuladı.
Sonda tədbir iştirakçılarını muzeyin əmkdaşı Zülfiyyə Fətəliyeva muzeyin fondunda mühafizə olunan materiallar əsasında tərtib olunmuş “Sumqayıt 28 – 29 fevral 1988 – ci il” adlı sərgi ilə tanış etdi.