Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıtda Səttar Bəhlulzadənin həyat və yaradıcılığına həsr olunmuş seminar keçirilib

24.02.2020

Sumqayıt Dövlət Rəsm Qalereyasında, Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin həyat və yaradıcılığına həsr olunmuş seminar keçirilmişdir.Tədbirdə əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev, Xalçaçı-rəssam Fazil Abbasquluzqdə ,Tofiq Əhmədov, Vaqif Nəzirov, Nizami Dadaşov, Vidadi Qaffarov, Nemət Süleymanov, Əli Qaffarov, İntiqam Cəfərov, Dildar Hüseynova, Nəsibə Şükürova, Telman Əkbərli, Şirin Cəfərov, Murad Kərimov,Samir Alışov Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, iştirak etmişlər.

Əvvəlcə “Bu, Səttardır” adlı sənədli film nümayiş olunmuşdur.

Sonra çıxış edən əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev Səttar Bəhlulzadənin həyat və  yaradıcılığı haqqında geniş məlumat vermiş, öz xatirələrini  seminar iştirakçılarının diqqətinə çatdırmnışdır.

Seminar diskussiya şəaraitində davam etmişdir.