Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov gəncləri təbrik edib

02.02.2020

Əziz gənclər! əziz qardaşlarımız, bacılarımız, övladlarımız!
Gənclik bizim dünənimiz, bu günümüz, sabahımlzdır!
Gənclik bizim Azərbaycan üçün apardığmız mübarizəmizdir!
Gənclik bizim elm, təhsil, mədəniyyət, siyasət, idman sahəsində qazandımız uğurumuzdur!
Gənclik bizim yüksək tribunalardan, al-əlvan bəzdilmiş səhnələrdən ucalan səsimizdir!
Gənclik bizim düşmənə nifrətimiz, sonsuz vətən eşqimizdir!
Gənclik bizim qələbə əzmimizdir!
Gənclik şəhidliklə müqəddəsləşən zirvədir!
Biz bir gün deyil, hər gün, hər saat, hər an sizinləyik, əziz gənclər! Sizin uğurunuz uğurumuzdur!
Sizi Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürovun adından təbrik edir, uğurlarınızın daimi olmasını diləyirik!