30.10.2019
Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində Zəngilan rayonun işğal ildönümü ilə bağlı anım tədbiri keçirildi. Tədbirdə Zəngilan rayonu haqqında ətraflı məlumat verildi və işğal prosesi haqqında danışıldı. Məktəblilər Zəngilan rayonu haqqında şeir söylədilər. Tədbirdə Zəngilan rayonu haqqında filmə baxıldı. Muzeyin direktoru məktəblilərə vətənpərvərlik mövzusunda öz tövsiyyələrini verdi.