03.05.2019
Şuşa Xəlfəli kənd Usaq musiqi məktəbində "Azərbaycan bəstəkarlarının yaradıcılığında xor və fortepiano musiqisi" adlı "Mühazirə-Konsert" keçirilib. Konsertdə məktəbin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni, R.Hacıyevin "Azərbaycanım" mahnısı dinlənilib. Sonra Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri Ü.Hacıbəyov, A.Zeynallı, F.Əmirov, T.Quliyev, A.Məlikov, E.Nəzirova, R.Hacıyevin yaradıcılığı haqqında məlumat verilib. Daha sonra sagirdlərin ifasında T.Quliyevin "Rəqs", F.Əmirovun "Aşıqsayağı", A.Məlikovun "Prelüd", T.Quliyevin "Lay-lay", A.Zeynallının "Deyişmə", "Çahargah", E.Nəzirovanın "Prelüd" №3 əsərləri dinlənilib.