03.05.2019
S.Rüstəmov adına uşaq incəsənət məktəbində Azərbaycan bəstəkarlarinin əsərlərindən ibarət konsert keçirilib. Konsertdə II sinif şagirdi Dürdanə Mürsəliyevanın ifasında M.Əhmədovun "Etüd", III sinif şagirdi Şəmsiyyə İsgəndərlinin ifasında A.Zeynallının " Qoyunlar", VI sinif şagirdi Məryəm Cəfərovanın ifasında Ə.Əzizovun "Prelyudiya", VI sinif şagirdi Nuray Məmmədovanın ifasında S.Ələsgərovun "Rəqs-tokkata", VII sinif şagirdi Aytac Əsgərovanın ifasında Z.Bağırovun "Düşüncə", III sinif şagirdi Nur İbrahimlinin ifasında O.Rəcəbovun "Şən əhval", III sinif şagirdi Seyran Haşımzadənin ifasında İ.Hacıbəyovun " Balaca dəcəl " və s. əsərlər dinlənilib.