03.05.2019
Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində görkəmıi xanəndələr Seyid Şuşinskinin 130, Hacıbaba Hüseynovun 100 illik yubileylərinə həsr olunmuş konsert keçirilib. Konsertdə məktəbin şagirlərinin ifasında Seyid Şuşinski və Hacıbaba Hüseynovun repertuarından mahnı və təsniflər dinlənilib. Sonda S.Vurğun adına Mərkəzi kitabxananın incəsənət şöbəsinin tərtib etdikləri sərgi haqqında məlumat verilib. Sərgidə yubilyarlara həsr olunmuş ədəbiyyatlar nümaiş olunub.