05.04.2019
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirəni Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov açaraq optimallaşma ilə bağlı tədbirlərin həyata keçirilməsi və islahatların aparılması, mədəniyyət müəssisələrində ödənişli xidmətin təşkili, hesablama palatasının apardığı yoxlamanın nəticələri, yaşı 65-dən yuxarı olan işçilərin sayının müəyyənləşdirilməsi, mədəniyyət işçilərinin işə davamiyyəti, Nəsiminin 650, Sumqayıtın 70 illik yubileyləri ilə bağlı tədbirlərin keçirilməsi, “Bögələrdən bölgələrə” festivalı çərçivəsində keçirilən tədbirlərdə müəssisələrin iştirakı, eləcə də sosial şəbəkələrdə aktivliyin artırlması, idarənin mətbuat xidməti ilə əlaqələrin gücləndirilməsi ilə bağlı fikir və iradlarını bildirib, tapşırıqlarını verib.
Daha sonra çıxış edən idarə rəisinin müavini İlham Əhmədov müəssisələrdə aşkar olunan prpblemlərdən danışıb, müəssisə rəhbərlərinə iradlarını bildirib.
Sonda idarənin baş məsləhətçiləri və mədəniyyət müəssisələrinin rəhbərləri çıxış edərək bildiriblər ki, irad və təkliflər nəzərə alınaraq qeyd olunan problemlər tez bir zamanda aradan qaldıracaq.
Sumqayıt Regional mədəniyyət idarəsinin
Mətbuat xidməti