18.03.2019
Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbində “Novruz gəldi, yaz gəldi” adlı musiqili kompozisiya keçirilib.
Məktəbin şagirdləri Bahara,“Novruza” aid şeirlər söyləyib, mahnılar oxuyublar.
Tədbirdə “Ümid” rəqs qrupunun çıxışları tamaşaçıları heyran edib. Baharın personajları olan Keçəl, Kosa və Bahar qızının gəlişi böyük sevinclə qarşılanıb.