Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunda dəyirmi masa təşkil edilib

21.02.2019

Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunda “21 fevral – Beynəlxalq Ana dili günü”nə həsr olunmuş dəyirmi masa təşkil edilib. Klubun özfəaliyyət kollektivinin üzvü Zəminə Məmmədova tədbiri açaraq mövzu ilə əlaqədar geniş məlumat verib. Daha sonra dəyirmi masa ətrafında çıxışlar, mövzu ilə əlaqədar gənc dərnək üzvlərinin fikirləri dinlənilib. Sonda Həcər Səfərli, Rövşanə Həsənovanın ifasında Azərbaycan şairlərinin ana dilinə həsr olunmuş şerlər səslənib.