Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində ”Gənclər günü” qeyd olunub

02.02.2019

Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində “Parlaq gələcəyimiz və bu günkü gəncliyimiz” adlı konsert keçirilib. Tədbirdə özfəaliyyət kollektivlərinin gənc solistlərinin ifasında rəngarəng mahnılar səslənib, “NİCE” rəqs qrupunun ifasında rəqs nömrələri təqdim olunub. Sonda il ərzində keçirilmiş tədbirlərdə uğurlu çıxışlarına görə bir qrup istedadlı gənc N.Nərimanov adına mədəniyyət mərkəızi tərəfindən fəxri fərmanla təltif olunub.