01.02.2019
S.Vurğun adına Mərkəzi kitabxananın əməkdaşları Sumqayıt "ASAN xidmət" mərkəzində 2 fevral ümumrespublika Gənclər gününə həsr edilmiş səyyar sərgi təşkil edib, Gənclər kitabxanasında Azərbaycan Gəncləri günü ilə əlaqədar “Dövlətçiliyin və Müstəqilliyin etibarlı təminatçıları” adlı məruzə keçirilmişdir. Tədbirdə çıxış edən multimediya mütəxəssisi Sürəyya Əbdürrəhmanova əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş 2 fevral - Gənclər gününün tarixi haqqında geniş məlumat verilib.