30.12.2018
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt Şəhər Mədəniyyət Evinin kollektivi "N" saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.
Jonsertdə mədəniyyət evinin solistləri Zaur Yusifli, İlah
Məmmədova, Kənan Hüseynov, Sevdaya Akkayanın ifasında xalq və bəstəkar mahnıları, Svetlana Aslanovanın ifasında hind mahnıları tədbirə xoş ovqat qatıb.
Bayram atributu olan Santa klaus əsgər və zabitləırimizi təbrik edib, xoş arzularını çatdırıb.
Tədbirdə zabitlərimizin ailə üzvləri də qatılıb, iuşaqlar yolka ətrafında dövrə vuraraq mahnı oxuyub, rəqs ediblər.