Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində bayram tədbiri keçirilib

28.12.2018

Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində keçirilən tədbirdə əvvəlcə Dünya Azərbaycanlıların Həmrəylik Gününun qeyd olunması və yaranma tarixi barədə tədbir iştirakçılarına məlumat verilib. Sonra şagirdlərin ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Tədbrdə I sinif şagirdi Ayan İbrahimovanın (Müəllim: Məmmədov Əfras ) ifasında Ə.Tağıyev “Bülbül” , III sinif şagirdi Azər Əliyevin (Müəllim: Balamiyev Faiq) ifasında F.Əmirov “Bulaq başında”, VI sinif şagirdi Həmidə Süleymanovanın (Müəllim: Abdullayeva Tamella) ifasında Ə.Mustafazadənin “Əbədi”, Nağaraçalanlar ansamblının (Rəhbəri Nəcəfova Minarə) ifasında “Azərbaycan ritmləri”, Uşaq xorunun (xormeyster: Xəlilova Firəngiz) ifasında S.Kərimi “Uşaqların himni” və T.Ağayeva “Fərqliyəm”, məktəbin müəllimi Ruslan Tağıyevin ifasında H.Vəkilovun “Şıdrığı” əsərləri tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib.