25.12.2018
Şuşa rayon Mədəniyyət Mərkəzində keçiriən bayram şənliyində Mədəniyyət Mərkəzinin kollektivi konsert proqramı ilə çıxış edib. Tədbirdə müğənnilərin ifasında xalq və bəstəkar mahnıları, muğamlar tamaşaçılar tərəfindən böyük rəğbət hissi ilə qarşılanıb. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov iştirak edərək mədəniyyət işçilərini və Şuşa rayon ictimaiyyəıtini təbrik edib, xoş arzularını çatdırıb.