20.12.2018
Sumqayıt Şəhər Mədəniyyət Evi uşaqlar üçün yeni il qabağı tədbir keçirib. Belə ki, Şəhər Mədəniyyət Evində fealiyyət göstərən "Narbala" kukla teatrı (bədii rəhbər Mətanət Əmrullayeva) "Dovşanın evi" adlı tamaşası ilə uşaqların görüşünə gəlib. Əvvəlcə kukla teatrının üzvləri uşaqlarla viktorina keçirib, sonra uşaqlar nağıl qəhrəmanı olan dovşanın başına gələn macəranın şahidi olublar. Tamaşa zamanı uşaqlar nağıl qəhramanları ilə dialoqa girib, dovşana tülkünün hiyləgər planını üzə çıxartmaqda kömək ediblər. Sonda valideynlər belə tamaşaların uşaqların həm asudə vaxtlarının səmərəli, mənalı keçməsində, həm də dünyagörüşlərinin formalaşmasında böyük rol oynadığını bildiriblər.