18.12.2018
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə “Şanlı ömrün əfsanəsi” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində doğma torpaqdan uzaqlarda, Adriatik dənizi sahillərində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətlər, kitabxanaçı Sücayət Əliyeva qəhramanın şərəfli həyat yolu haqqında məlumat verib. Sonra tədbir iştirakçıları qəhrəman azərbaycanlı partizanın həyatından bəhs edən sənədli filmi izləyiblər. Sonda Leyla Mahmudova Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadənin keçdiyi ömür yolu, uğurlu döyüş əməliyyatlarından bəhs edən kitablar və dövrü mətbuat materiallarından ibarət sərgidən xülasə verib.