Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hərbi hissədə görüş

14.12.2018

Abşeron rayon MKS-in nəzdində yaradılmış "Od parçası" ədəbi məclisinin üzvləri, oxucu, yazıçı və şairlərin, müğənni lərin görüşü təşkil olundu. Milli Hüquq Evinin direktoru Nicat Gözəlov iştirakçıları salamladı və tədbiri Azərbaycanın himni ilə açdı. Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-in direktoru,"Od parçası" ədəbi məslicinin rəhbəri, AYB - nin üzvü, 2018 - ci ilin Prezident mükafatçısı Məlahət Yusifqızı Abdullayeva, şair və yazıçılardan, AYB üzvləri Cavanşir Əsgər, Xatirə Rəhimli, Əzizə Ağahüseyn qızı, Səmayə Güləliqızı, Qəzənfər Məsimoğlu, digər şairlərdən Xaliq Laçınlı, Vüsal Yurdoğlu, Vüsal Ağayev, Xəlil Əhmədbəyli, yazıçı Təranə Cəbiyeva, idmançı Rəşad Yaqubov çıxış etdi. Müğənnilərdən Hüsniyyə İsmayıllı, Təyyar Mirzəyev, Cavid Gözəlov (gitara), balaca vətənpərvər Mehdi Həsənov, qiraətçi Bahar Abbasova tədbiri ifaları ilə rəngarəng etdi. Müəlliflərin şeirlərindən nümunələr diqqətə çatdırıldı, kitablarından nüsxələr, eyni zamanda digər müəlliflərin kitabları və dünya ədəbiyyatı nümunələri də daxıl olmaqla hərbi hissənin kitabxanasına hədiyyə edildi.