Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən uğrunda ölüm həyatın davamıdır

15.12.2018

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıtın  Tarixi  Muzeyində Milli  Ordumuzun  qəhrəman  döyüşçüsü  Mahmudov Akif Əbdüləli oğlunun  əziz  xatirəsinə   həsr  olumuş   “Vətən uğrunda ölüm həyatın davamıdır”  adlı anım mərasimi keçirilib.

Anım mərasiminə şəhidin ailə üzvləri, yaxınları  “Azərkimya” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fikrət Əliyev, əməkdaşı Bəxtiyar Musayev, YAP Sumqayıt Şəhər Təşkilatı Qadınlar Şurasının sədr müavini Nəzakət Dadaşova, Sumqayıt Şəhər Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Eldar Hüseynov, şəhidin vaxtilə təhsil aldığı 16 saylı tam orta məktəbin,Təfəkkür liseyinin müəllim və şagird heyəti, Qubadlı Rayon Tarix-Diyarşunaslıq Muzeyinin  əməkdaşları iştirak ediblər.

            Muzeyin əməkdaşı Səidə Səfərova anım mərasiminə toplaşanları muzeyin “Şəhidlər Qalereyası”nda nümayiş olunan sumqayıtlı şəhidlərin şəxsi arxivlərinin toplandığı daimi ekspozisiya ilə tanış edib.

        Tədbirin aparıcısı muzeyin elmi katibi Sənurə Lazımova Akif Mahmudovun  həyatı və  şərəfli döyüş yolu haqqında ətraflı məlumat verib. Mərasimə  dəvət  almış şəhidin ailə üzvləri, yaxınları, Sumqayıt Şəhər Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Eldar Hüseynov, muzeyin direktoru Olya İslamova, şəhidin vaxtilə təhsil aldığı 16 saylı məktəbin direktoru Niyaz Süleymanov, şəhidin cəbhə yoldaşı Maarif Musaoğlu çıxış edərək şəhidin qəhrəman döyüşçü olduğunu bir daha vurğulayıblar. Təsadüfi deyil ki o, Azərbaycan  Respublikası  Prezidentinin 859  № li, 24. 06. 2005 – ci  il  tarixli  sərəncamı  ilə  “Azərbaycan bayrağı” ordeni ilə təltif  olunmuşdur.” 

     4 saylı tam orta məktəbin şagirdi Nuray Əliyevanın, 14 saylı tam orta məktəbin şagirdi Mədinə Məmmədlinin, Təfəkkür liseyinin şagirdlərinin--Mətanət Quliyevanın, Səlimə Xankişilinin, Şəhla Abulovanın  ifasında  səslənən  şerlər  mövzu ilə harmoniya  yaradıb. Tədbirin sonunda şəhidin şəxsi arxivi əsasında tərtib olunmuş sərgi, mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

 

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti