Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları tədbir keçiriblər

10.12.2018

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi, Azərbaycan Rus İcması, Azərbaycanın rusdilli təhsil müəssisələri müəllimlərinin Assosiasiyasının birgə təşkilatçılığı ilə hər il ölkəmizdə keçirilən “Yubilyar şairlər və yazıçılar” layihəsi çərçivəsində N.Tusi adına 12 nömrəli tam orta məktəbin 4 R1 sinif şagirdlərinin iştirakı ilə səhərcik keçiriblər.  Tanınmış rus yazıçısı Nikolay Nosovun 110 illik yubileyinə həsr edilmiş “Təbəssüm və gülüş – bu hər kəs üçündür” adlı səhərcikdə kitab sərgisi nümayiş olunub.