02.10.2018
Beynəlxalq Ahıllar Günü münasibətilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanın incəsənət şöbəsində “Ahılların qəlbinə heç kəs dəyməsin” adlı tədbir keçirilib.
İncəsənət şöbəsinin müdiri Aidə Qələmdərova tədbiri açaraq Ahıllar günü haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Sonra söz yaşlı nəslin nümayəndələrinə verilib. Onların söylədikləri əhvalatlar, şeirlər, folklor nümunələri maraqla dinlənilib.Tədbirdə Tatarıstanın Kazan şəhərindən şəhərimizə qonaq gəlmiş Gülnara Aznabayeva çıxış edərək öz adət-ənənələrindən söhbət açıb.
Nizami Gəncəvi adına Kitabxana klubda “Qayğıya möhtac insanlar”adlı disput keçirilib. Tədbirdə iştirak edən Ağsaqqallar Şurasının üzvləri və oxucular mövzu ilə əlaqədar çıxışlar ediblər.