26.02.2023
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Unutmadıq,-Xocalı!" adlı sərgi təşkil edilib. Sərgidə peşəkar rəssam Nizami Dadaşovun Xocalı soyqrımına həsr olunan əsərləri nümayiş olunub. Tədbirdə Sumqayıt şəhər M.Füzuli adına 15 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
İlk olaraq, Xocalı faciəsi qurbanlarının və Vətənimizin azadlığı uğrunda canını fəda edən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra Xocalı faciəsinə həsr olunan filmə baxış keçirilib. Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. Qalereyanın əməkdaşı Şahnaz Sadıxlı faciə haqqında məlumat verərək bildirib ki, Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerlə-yeksan edilib. Erməni şovinistlərinin qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri son anadək özlərini qəhrəman kimi aparıb, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməyiblər.