24.02.2023
24 fevral tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Sumqayıt şəhərində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri ilə görüşüb. İclas Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Birinci Uşaq İncəsənət Festivalının keçirilməsinə, Mədəniyyət Nazirliyinin 9 fevral 2023-ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin müəllimlərinin bilik və bacarıqlarının qiymətləndirilməsinə, həmçinin mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir dövrün tələbləri əsasında qurulması, tabeli müəssisələrdə işə davamiyyət, şəffaflıq və səmərəliliyin artırılmasınə həsr olunub.
Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.