Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsində viktorina keçirilib

19.09.2018

S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsində “Azərbaycan musiqisi və musiqiçiləri” adlı viktorina keçirilib.Tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəylinin həyatı, fəaliyyəti, yaradıcılığı haqqında geniş məlumat verilib. Daha sonra Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini özündə əks etdirən sualları “Dügah”, “Humayun”, “Rast” komandalarının üzvləri böyük fəallıqla cavablandırıblar. Tədbirdə həmçinin Sumqayıt Musiqi Kollecinin tələbələrinin ifasında xalq musiqisindən nümunələr səslənib. Sonda Sumqayıt MKS-in Ehtiyat Fondun Təşkili və İstifadəsi şöbəsinin müdiri Nafilə Nəsirova tədbir iştirakçılarını “Musiqinin ad günü” adlı sərgi ilə tanış edib.