Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müzəffər Vətənin qəhrəman gəncliyi” adlı tədbir təşkil olundu

02.02.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mədəniyyət Mərkəzində Abşeron  Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşəbbüsü və Abşeron rayon Mədəniyyət  Mərkəzinin təşkilatçılığı ilə 2 fevral “Gənclər Günü”nə həsr olunan “Müzəffər Vətənin qəhrəman  gəncliyi” adlı tədbir keçirilib.

Tədbirdə rayon hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, səhiyyə, təhsil, mədəniyyət müəssisələrinin əməkdaşları, könüllülər, tələbələr, Vətən müharibəsi şəhidlərinin  ailələri və qazilər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Ümummilli lider Heydər Əliyevin və Vətənin azadlığı uğrunda həlak olan şəhidlərin ruhu bir  dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gənclər Günü ilə bağlı  təbrikinin videoçarxı nümayiş olunub.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev gəncləri təbrik edərək, bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə etimadı bu gün artıq öz təsdiqini  tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini  yaşayır. Prezident cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə  təsdiq edir.  

Sonra Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası, Xatirə İsmayılova çıxış edib.

Tədbirin bədii hissəsində müğənnilər Nicat Mənsimov, Günel Orucovanın ifasında vətənpərvər  mahnılar səsləndirilib.

Xoreoqraf, xalq artisti Cəmilə Bayramovanın rəqs kollektivinin iştirakı ilə “Azərbaycan rəqsi”, Adil Səfərovun ifasında “Azərbaycan gəncləri” adlı şeir səsləndirilib.
Tədbirin sonunda “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə bir sıra gənclərə Fəxri  Fərmanlar təqdim olunub.