13.09.2018
Sumqayıt regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində 2018/2019-cu tədris ilinə qışa hazırlıqla bağlı məktəbin bütün sinif otaqlarında istilik təhcizatı tam hazır vəziyyətə gətirilib.
Belə ki, bütün istilik radiatorları yuyulub təmizlənib və təmirə ehtiyacı olanlar təmir edilib.
Dam örtüyündə olan çatışmazlıqlar aradan qaldırılıb, yağış novları təmizlənib, bəziləri yenilənib.
Məktəbin fasadı və giriş foyesi təmir olunub, çirkab su boruları yenilənib.