25.11.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dostluq” Mədəniyyət evinin kollektivi Vətən müharibəsi şəhidi Emil Vaqif oğlu İsgəndərovun ailəsini ziyarət ediblər. Görüş zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb. Ailəyə maddi, mənəvi dəstək göstərilib.
Emil İsgəndərov 5 avqust 1990-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Azərbayacanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Emil İsgəndərov 2020-ci il sentyasbrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emil nobaybrın 7 - də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, ”Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarla təltif edilib. Sonda şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini bildirib.