08.11.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı Rayon Nümayəndəliyi tərəfindən Sumqayıt şəhər Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsinin şəhidi Məhəmmədəli Hörmət oğlu Həsənzadənin anım mərasimi keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov və digər məsul işçiləri, YAP-nın Qubadlı Rayon Təşkilatının sədri Təhmasib Rüstəmov, şəhidin ailə üzvləri, rayon ictimaiyyəti işirak ediblər. Öncə vətənimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub. Aparıcı şəhidin keçdiyi şərəfli həyat yolu haqqında geniş məlumat verib. Vasili Əliyev adına Rayon Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evinin hazırladığı kompozisiya nümayiş etdirilib və şeirlər söylənilib.
Sonda Şəhidin atası çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!