Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər nəğməli Azərbaycan!” adlı tədbir təşkil olundu

05.11.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində “Zəfər nəğməli Azərbaycan!” adlı musiqili gecə baş tutub. Əvvəlcə tədbir iştirakçıları Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəssamlıq kursu üzvlərinin Zəfər bayramı ilə bağlı bir-birindən maraqlı rəsmlərindən ibarət sərgiyə baxış keçiriblər. Sonra bayramla əlaqədar videoçarx izlənilib. Aparıcılar tədbir iştirakçılarını salamladıqdan sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir rəqs, şeir və musiqilər ilə davam edib.