Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşa rayon nümayəndəliyində “Zəfər Günü” təntənəli şəkildə qeyd olundu

05.11.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Şuşa Rayon Nümayəndəliyinin təşkilatçılığı ilə 44 günlük II Qarabağ müharibəsi qaziləri və veteranlarının iştirakıyla “Zəfər Günü”nə həsr olunan “Qələbən mübarək, Azərbaycan!” adlı tədbir təşkil olunub. Tədbirə gələn qonaqlar öncə Şuşa Rəsm Qalereyasının hazırladığı sərgi ilə tanış olublar. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsiylə başlanan tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev cənab Ali Baş Komandanın bütün dünyaya göstərdiyi tarixi zəfərdən və keçdiyimiz tarixi yoldan söz açıblar.
Sonra Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Şuşa şəhər Komitəsinin əməkdaşı bir sıra qazilərimizi və onların valideynlərini Fəxri Fərman və maddi yardımla təbrik edərək, onların qarşısında daim borclu olduğumuzu vurğulayıb. Tədbirdə, həmçinin Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbinin direktoru Anar Əlizadənin müəllifi olduğu Şuşanın 270 və məktəbin 90 illik yubileyinə həsr olunan “Əziz Şuşa Sən Azadsan!” adlı kitabının kiçik təqdimatı keçirilib. Çıxış edən müəllif kitabda cənab Prezidentin zəfər günündən sonra Şuşaya səfəri və qeyd etdiyi tarixi fikirlərin şəkillər vasitəsilə xronoloji ardıcılllıqla yer alması, kitabın ikinci bölməsində isə Şuşa şəhər Niyazi adına Uşaq İncənəsət Məktəbinin 90 illiyinə həsr olunan tədbirdən və məktəbin bugünədək olan fəaliyyətindən bəhs olunmasını tamaşaçıların diqqətinə çatdırıb. Tədbirin rəsmi hissəsindən sonra Şuşa rayon Malıbəyli kənd Uşaq Musiqi Məktəbinin müəllim kollektivindən ibarət “Şuşanın Dağları” ansamblının ifasında xüsusi hazırlanan “Zəfər Kompozisiyası” ilə açılışı olan bədii hissə, Şuşa şəhər Niyazi adına UİM, Bülbülcan adına Şuşa şəhər UMM, Turşsu, Xəlfəli, Quşçular, Qaladərəsi kənd UMM və Şuşa rayon Mədəniyyət evinin “Buta Rəqs” qrupunun ifaları ilə davam etdirilib.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qeyd olunan bütün xüsusi və maraqlı məqamların videoçarxı təqdim olunub. Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa Rayon Nümayəndəliyi üzrə baş məsləhətçisi Bayram Cəfərli gələn bütün qonaqlara təşəkkürlərini bildirərək, belə tədbirlərin davamlı olacağını qeyd edib.