05.11.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində 8 Noyabr Zəfər Günü münasibəti ilə tədbir keçirilib. Əvvəlcə 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Tədbirin aparıcısı qonaqları salamlayaraq hər il 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsindən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs edib. Fortepianoda Zəhra Qənbərlinin ifasında Ü.Hacıbəyovun “Cəngi”, Taleh Rəsulovun ifasında Vəfa Bağırzadənin “Sən əbədi bir ocaqsan”, müəllimlər xorunun ifasında Cəlal Abbasovun “Vətən çağırır”, məktəbin xanəndə sinfinin şagirdlərinin ifasında Kamran Babayevin, Uğur Murtuzazadənin və Murad Aldostovun “Yaşa Azərbaycan”, xoreoqrafiya ixtisasının hazıladığı “Azərbaycan kompozisiyası”, məktəbin müəllimi Afət Zeynalovanın ifasında “Çırpınırdı Qara Dəniz” və digər musiqi nömrələri səslənib.
Sonda məktəbin direktoru Elnarə Xankişiyeva iştirakçılara öz təşəkkürünü bildirib.