05.11.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mədəniyyət Mərkəzinin Novxanı kənd Sənətkarlıq klubu və MKS-nin Novxanı kənd kitabxana filialının əməkdaşları Vətən Müharibəsi qazisi Kamran Rufan oğlu İsmayılovun ailəsini ziyarət ediblər. Kamran Rufan oğlu İsmayılov 2002-ci ildə Abşeron rayon Novxanı kəndində anadan olub. 44 günlük Vətən Müharibəsi zamanı Füzuli, Xocavənd istiqamətində şərəfli döyüş yolu keçib. Cəsur döyüşçü Xocavənd rayon Qırmızı bazar uğrunda gedən döyüşlərdə ayağından ağır yaralanıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Kamran İsmayılov "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib. Görüş zamanı qazimiz kitabxana və klub kollektivinə 44 günlük Vətən Müharibəsi dövründə keçdiyi döyüş yolundan söz açıb. Əməkdaşlar ailənin qayğıları ilə maraqlanıb, maddi və mənəvi dəstək olublar. Sonda xatirə şəkilləri çəkilib.
Allah şəhidlərimizə rəhmət , qazilərimizə şəfa versin!