Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq Musiqi Məktəbində “Zəfər Günü”nə həsr olunan tədbir keçirildi

03.11.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbində “Qarabağ Azərbaycandır” adlı “Zəfər Günü”nə həsr olunan tədbir təşkil olunub. Tədbirdən öncə məktəbin müəllim kollektivi Şəhidlər xiyabanını ziyarət edib, onların məzarları üzərinə gül dəstələri qoyublar.

Tədbirdə vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 44 günlük Vətən müharibəsi və Zəfər Gününün təsis edilməsi haqqında məlumat qonaqların diqqətinə çatdırılıb. Tədbir məktəbin müəllim və şagirdlərinin ifasında səsləndirilən musiqi nömrələri ilə davam etdirilib.