Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olundu

02.11.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı rayon Tarix-Diyarşünaslıq Muzeyinə "Zəfər Günü" münasibətilə ekskursiya təşkil edilib. Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbinin III-IV sinif şagirdlərinə ekskursiya zamanı Qubadlı rayonunun tarixi keçmişi və bu tarixi özündə əks etdirən eksponatlar haqqında məlumat verilib. Muzeyin əməkdaşı Xatın Ağayeva Azərbaycanın Şanlı Ordusunun düşmən üzərində çaldığı qələbədən və qəhrəman oğullarımızın canları, qanları bahasına düşmən işğalı altında olan torpaqlarımızı azad etməsindən danışıb. Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunan şeirlər səsləndirilib.