31.10.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı Rayon Nümayəndəliyi tərəfindən Sumqayıt şəhər Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsinin şəhidi Vüsal Tahir oğlu Allahverdiyevin anım mərasimi keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev və digər məsul işçilər, YAP-ın Qubadlı Rayon Təşkilatının sədri Təhmasib Rüstəmov, şəhidin ailə üzvləri, rayon ictimaiyyəti işirak ediblər. Öncə vətənimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aparıcı şəhidin keçdiyi şərəfli həyat yolu haqqında geniş məlumat verib, ruhuna dualar oxunub, məzarı önünə tər qərənfillər düzülüb. Qubadlı Rayon Vasili Əliyev adına Rayon Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evinin hazırladığı kompozisiya, şeirlər söylənilib. Sonda Şəhidin atası Tahir Allahverdiyev çıxış edərək, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.