31.10.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllim kollektivi şəhid Tərlan Rövşən oğlu Rzayevin ailəsini ziyarət edib, maddi və mənəvi dəstək göstəriblər. Tərlan Rzayev 21 may 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Tərlan Rzayev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qəhrəmanımız sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olaraq, Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Görüşün sonunda şəhidin ailəsi ölkə başçısına və kollektivə təşşəkkürünü bildirib. Allah rəhmət eləsin!