Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Musiqi məktəbinin kollektivi qəhrəman ailəsini yad etdi

24.10.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndələri şəhid Tərlan Müşviq oğlu Məmmədovun ailəsini ziyarət ediblər. Kollektiv qəhrəmanın ailəsi ilə onun haqqında geniş söhbət aparıb, ailənin qayğıları ilə maraqlanıb, maddi və mənəvi dəstək olublar. Tərlan Məmmədov 31 avqust 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini H.Zeynalabdin qəsəbəsində yerləşən 19 saylı orta məktəbdə alıb. 2015-ci ildə Ordu sıralarına çağrılıb, əvvəlcə Gəncədə, sonra isə Gədəbəydə hərbi xidmətdə olub. Vətən müharibəsi başlayan kimi könüllü olaraq, orduya yollanıb. Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə boynundan qəlpə yarası alaraq qəhrəmancasına şəhid olub. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!