24.10.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı Rayon Nümayəndəliyi tərəfindən İkinci Fəxri Xiyabanda Vətən müharibəsinin şəhidi, Milli Qəhrəman polkovnik Şükür Həmidovun anım mərasimi keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov və digər məsul işçilər, YAP-ın Qubadlı Rayon Təşkilatının sədri Təhmasib Rüstəmov, şəhidin ailə üzvləri, rayon ictimaiyyəti işirak ediblər. Öncə vətənimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, məzarı önünə gül dəstələri qoyulub. Aparıcı şəhidin keçdiyi şərəfli həyat yolu haqqında geniş məlumat verib. Vasili Əliyev adına Rayon Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evinin əməkdaşlarının hazırladığı kompozisiya və şeirlər söylənilib. Çıxış edənlər şəhidin xoş xatirələrindən danışıblar. Şəhidin atası Nəriman Həmidov çıxış edərək, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.