24.10.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində “Şuşa İli ”çərçivəsində şəhid və qazi ailə üzvlərinin əl işlərindən ibarət “Şuşa inciləri” adlı xeyriyyə satış sərgisi keçirilib. Sərgidə 14 iştirakçının 60-dan çox əl işləri nümayiş olunub. Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Camaləddin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Şəhər Bölməsinin sədri Mətanət Məhərrəmova, Sumqayıt Şəhər Gənclər və İdman baş İdarəsinin və Sumqayıt əlillərin reabilitasiya mərkəzinin əməkdaşları, Xalq artisti Nurəddin Mehdixanlı, şəhid atası, xalq artisti Əli Nur, “Cığır” mənəvi dəyərlərin inkişafına Dəstək İctimai Birliyinin təsisçisi və sədri, Bakı Dövlət Universitetinin filalogiya üzrə fəlsəfə doktoru, ETM-nin aparıcı elmi işçisi Yeganə Mirzəyeva, şəhid anaları və qazilər, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.
Qonaqlar sərgi ilə tanış olduqdan sonra tədbiri giriş sözü ilə açan moderator, yazıçı Hafiz Ataxanlı şəhid məqamının ucalığından danışıb, şəhid və qazi övladların sərgisi ilə bağlı keçirilən tədbirin əhəmiyyətini vurğulayıb.
Çıxış edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Sumqayıtın mədəniyyət sferasında hər zaman tale yüklü məsələlərə həsr olunan fundamental peşəkar tədbirlərin çoxluğu ilə qürur duyduğunu bildirib.
Sonra çıxış edənlər xalq artistləri Əli Nur, Nurəddin Mehdixanlı, Gülnarə Camaləddin, Yeganə Mirzəyeva təşkil olunan tədbirin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandan İlham Əliyevin 44 günlük müharibədə apardığı taktiki-manevr qabiliyyətindən və uğurlu diplomatisayından danışıblar. Qeyd olunub ki, vətən şəhidləri və qaziləri ilə vətən olur. Bu şəhidlər heç bir zaman unudulmayacaqlar.
Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova xeyriyyə sərgisinə dəstək olduqlarına görə qonaqlara öz təşəkkürünü bildirib.
Sərgidə Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin “Buta” qızlar ansamblı və Heydər Əliyev Mərkəzinin əməkdaşları vətənpərvərlik ruhunda olan musiqi nömrələri ilə çıxış ediblər.