21.10.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı Rayon Nümayəndəliyi tərəfindən Sumqayıt Şəhər Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsinin şəhidi Ülvü Tahir oğlu Məhərrəmov anım mərasimi keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov və digər məsul işçilər, YAP-ın Qubadlı Rayon Təşkilatının sədri Təhmasib Rüstəmov, şəhidin ailə üzvləri, rayon ictimaiyyəti işirak ediblər. Öncə vətənimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Aparıcı şəhidin keçdiyi şərəfli həyat yolu haqqında geniş məlumat verib. Vasili Əliyev adına Rayon Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evinin hazırladığı kompozisiya, şeirlər söylənilib. Sonda şəhidin atası Tahir Məhərrəmov çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon ictimaiyyətinə öz minnətdarlığını bildirib.