Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsi qazisi ziyarət edildi

18.10.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru və bir neçə müəllimi qazi Anar Şirxan oğlu Əsədovu  ziyarət ediblər. Kollektiv qazimizə maddi və mənəvi dəstək göstərib. Anar Şirxan oğlu Əsədov 10 oktyabr 2021-ci ildə Ağdam rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə sol ayağını itirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə “Cəsur döyüşçü” və “İgidliyə görə“ medalına layiq görülüb.