17.10.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin kollektivi Vətən müharibəsi şəhidi Elmar Şirzad oğlu Nunəsibov ailəsini ziyarət edib. Ziyarət zamanı ailənin qayğıları ilə marağlanıb, maddi və mənəvi dəstək olunub.
Elmar Şirzad oğlu Nəsibov 11 ildən artıq, Azərbaycan Silahlı Qüvvələrində gizir rütbəsində xidmət göstərib. O, qələbə tariximizin ilk səhifəsi olan Aprel döyüşlərində iştirak edib. 27 sentyabr Azərbaycanın Ermənistana əks hucumu başladığı gündən döyüşlərə qatılaraq ən ağır döyüşlərin iştirakçısı olub. Cəbrayıl, Füzuli, Zəngilan torpaqlarının alınmasında mərdliklə vuruşub. 13 oktyabr 2020-ci il tarixində Füzulinin Qaraxanbəyli kəndində gedən ağır döyüşlərdə mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Ölkə rəhbəri cənab İlham Əliyev qəhrəmanımızı ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edib.
Sonda şəhidin ailəsi göstərilən diqqətə görə Ölkə başçısına və mərkəzin kollektivinə təşəkkürünü bildirib.