Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən Müharibəsi şəhidi Elnur Fəxrəddin oğlu Ağaəhmədovun ailəsi ziyarət edildi

17.10.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Xızı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları Vətən müharibəsində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Elnur Fəxrəddin oğlu Ağaəhmədovun ailəsini ziyarət ediblər. Şəhid Elnurun foto və əşyalarına, hərbi xidməti zamanı qazanılan uğurlarını əks etdirən fəxri fərmanlarına, medallarına baxılıb, onun döyüş yolu haqqında söhbətlər aparılıb. E.Ağaəhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı qüvvələri tərəfindən işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən mharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elnur Ağaəhmədov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində qəhrəmancasına şəhid olub. Qəhrəmanımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə, mərdliyə və cəsarətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Sonda şəhid Elnur Fəxrəddin oğlu Ağaəhmədovun oğlunun məzarı ziyarət edilib, onun ruhuna dualar oxunub.