14.10.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı Rayon Nümayəndəliyi tərəfindən 44 günlük Vətən müharibəsinin şəhidi Rüfət Zöhrab oğlu Mustafayevin anım mərasimi təşkil olunub. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov və digər məsul işçilər, YAP-ın Qubadlı Rayon Təşkilatının sədri Təhmasib Rüstəmov, rayon ictimaiyyəti, şəhidin ailə üzvləri iştirak ediblər. Öncə vətənimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Məzarı önünə gül dəstələri qoyulub. Aparıcı şəhidin keçdiyi şərəfli həyat yolu haqqında geniş məlumat verib. Vasili Əliyev adına Rayon Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evinin hazırladığı kompozisiya, şeirlər söylənilib. Sonda Şəhidin atası göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, rayon rəhbərliyinə təşəkkürünü bildirib.