03.10.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Şuşa Şəhər Bülbülcan adına Uşaq Musiqi Məktəbinin kollektivi şəhid Əmir İlham oğlu Kazımovun ailəsini ziyarət ediblər.
Əmir Kazımov 29 yanvar 1998-ci ildə Xəzər rayonu Şağan qəsəbəsində anadan olub. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlanması ilə əlaqədar könüllü olaraq döyüşə yollanıb. Müxtəlif istiqamətlərdə gedən döyüşlərdə iştirak edərək, qəhrəmanlıq nümayiş etdirib. 10 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz Şağan qəsəbəsində dəfn olunub.
Qəhrəman şəhidimiz ölümündən sonra Ölkə başçısı tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.