Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq Musiqi Məktəbinin kollektivi qəhrəman ailəsini yad etdi

03.10.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qara Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi Vətən müharibəsi şəhidi Şirbala Hüseynbala oğlu Hüseynovun ailəsini ziyarət edib, ailənin qayğıları ilə marağlanıb. Müharibənin ilk günlərindən döyüşə qatılan şəhidimiz Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, 1 oktyabr 2022-ci ildə Füzuli döyüşləri zamanı şəhid olub və Sumqayıt Şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Ş.Hüseynov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərancamına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Sonda şəhidin ailəsi göstərilən diqqətə görə ölkə başçısına və məktəbin kollektivinə təsəkkürünü bildirib.