03.10.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin Cəfər Cabbarlı adına Mədəniyyət evinin kollektivi tərəfindən 44 günlük Vətən müharibəsində şəhid olan Eltun Elnur oğlu Əliyevin anasının yaşadığı ev ziyarət olunub. Kollektiv öncə şəhidin yaşadığı evin qarşısında onun xatirəsini əbədiləşdirmək üçün hazırlanan xatirə lövhəsi və bulağı ziyarət edib. Şəhidin anası Rima xanım şəhidin acılı, şirinli xatirələrindən və keçdiyi döyüş yolundan söz açıb. Kollektiv tərəfindən şəhidin ailəsinə maddi və mənəvi dəstək olunub, həmçinin vurğulanıb ki, şəhidləri unutmamaq, onların ailələrini daim yad etmək bizim əbədi borcumuzdur.