Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olundu

29.09.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli MİHİK-nin sədri Yaqub Vəliyevin təşəbbüsü və təşkilatçılığı ilə sentyabrın 29-u 2022-ci il tarixində mədəniyyət işçiləri tərəfindən I Qarabağ müharibəsində şəhid olmuş Mübariz Nüsrət oğlu İsgəndərovun anasının yaşadığı ev ziyarət olunub.

Yaqub müəllim söhbət əsnasında bildirib ki, şəhid Bəxtiyar ilə döyüş yoldaşı olub, çiyin- çiyinə vuruşublar. Ziyarət zamanı şəhidin xoş xatirələrindən danışılıb. Qeyd edək ki, şəhidin anası Səkinə xanım 44 günlük Vətən müharibəsində şəhid olan İlkin Camal oğlu İsgəndərovun nənəsidir. Şəhidin ailəsinə maddi və mənəvi dəstək göstərilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!