28.09.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəliyinə tabe müəssisələrin əməkdaşları 28 sentyabr 2022-ci il tarixində Vətən müharibəsində şəhid olan Giləzi qəsəbə sakini, Xızı rayon Cəfər Cabbarlı adına Mədəniyyət Mərkəzinin Giləzi qəsəbə Folklor Klubun əməkdaşı İlahə Allahverdiyevanın övladı Vidadi Fazil oğlu Allahverdiyevin anım mərasimində iştirak edib, onun ailəsinə başsağlığı verib, daim onların yanında olduqlarını bildiriblər. Sonra mədəniyyət işçiləri şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, məzarına qərənfillər düzüblər.
Qeyd edək ki, V.Allahverdiyev 28 sentyabr 2020-ci il tarixdə 2-ci Qarabağ müharibəsində Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Vidadi şəhid olarkən ailəli idi, onun Vətənə əmanət 3 övladı qalıb.